Rus milyarder "Qalatasaray"ın qapısını döydü
Roman Abramoviç futbol səhnəsinə qayıdır.
90plus.az xəbər verir ki, iddialara görə, sabiq “Çelsi” sahibi Rus milyarderi Roman Abramoviç “Qalatasaray” səhmlərinə investisiya yatırmaq və klubun ən böyük səhmdarlarından biri olmaq istəyir.
Abramoviç Boğazda milyonlarla dollarlıq villa da alıb və İstanbula köçə bilər.
Rəsmi açıqlama olmasa da, bu addımın “Qalatasaray”ı Avropanın elit klubları sırasına daşıya biləcəyi və Türk futbolu üçün tarixi dönüş nöqtəsi ola biləcəyi bildirilir.
© Copyright 2026, All Rights Reserved