Sabiq "Fənərbağça"lı vəfat etdi
Kristofer Daum 71 yaşında həyata gözlərini yumdu.
90plus.az xəbər verir ki, bir zamanlar Türkiyədə "Fənərbağça", "Beşiktaş"a baş məşqçilik etmiş almaniyalı Kristofer Daum bu gün gecə saatlarında vəfat edib. Bu barədə Türkiyə mediasına daha bir sabiq "Fənərbağça"lı Ümit Özat məlumat verib.
Daum 1994/96 və 2001/02 mövsümlərində "Beşiktaşı", 2003/06-cı illərdə isə "Fənərbağça"nı çalışdırıb. Almaniyalı baş məşqçi "Fənərbağça" ilə 2 dəfə Türkiyə çempionluğunu, bir dəfə isə Türkiyə kubokunu qazanıb. Türkiyəyə bir dəfə də "Bursaspor"un baş məşqçisi olaraq qayıdan Daum son olaraq 2016/2017-ci illər mövsümündə Rumıniya millisinin də baş məşqçisi olub.
Qeyd: Daum 1953-cü ildə Almaniyanın Duysburq şəhərində doğulmuşdu, 2024-cü ildə Köln şəhərində vəfat etdi.
© Copyright 2026, All Rights Reserved