Sabiq "Real"lı: "Ardanın gələcəyi parlaqdır"
Quti Arda Gülerə inandığını bildirib.
90plus.az xəbər verir ki, sabiq futbolçu Quti “Real Madrid”in indiki heyəti və Arda Güler haqda danışıb:
"Bu heyət “Qalaktikos”dan daha yaxşıdır. Çox yaxşı futbolçular var, az qala hamısı gəncdirlər. “Real Madrid”də bir dönəmə damğa vuracaqlar.
Ançelotti Ardaya daha çox oynamaq şansı verir. Çox maraqlı futbolçudur. Əla final ötürmələri olan, qol vuran bir yarımmüdafiəçidir. Güler qarşıdakı bir neçə mövsümdə daha çox ön plana çıxacaq”.
Mənbə: AS
© Copyright 2026, All Rights Reserved