Şayiələr Barış Alperi üzüb
Barış Alper Yılmaz transfer şayiələrinə münasibət bildirdi.
90plus.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz son günlər adının transfer xəbərlərində tez-tez hallanmasından narazılığını açıqlayıb.
Milli oyunçu şəxsi hesabında paylaşım edərək, gözləntilərin əksinə yaranmış vəziyyətin onu üzdüyünü qeyd edib:
“Türkiyənin transfer rekordu qırılaraq çiyinlər üstündə ölkəmdən yola salınmağı gözləyərkən, bu gün gəlinən nöqtə məni dərindən üzür. Yaşanan bütün proseslər səbəbilə istəmədən könül incitdiyim üçün üzr istəyirəm. Tanıdığınız və sevdiyiniz Barış Alper ən qısa zamanda bütün əzmi və forma sevgisi ilə meydanlarda olacaq.”
25 yaşlı hücumçu 2024/25 mövsümündə “Qalatasaray” forması ilə 43 oyunda 10 qol və 8 asistlə yadda qalıb.
Qeyd: Barış Alper son vaxtlar Avropanın bir neçə klubunun maraq dairəsində göstərilirdi.
© Copyright 2026, All Rights Reserved