Tomas Tuhel hakimə: ”Üzr istəməyin vaxtı deyil”
“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel “Real Madrid”lə Çempionlar Liqasının cavab yarımfinalından sonra (1:2) ofsayd epizodu haqqında danışıb. 90plus.az xəbər verir ki, Tuhel hakimləri günahlandırıb: “ Real Madrid”in geridönüşlərini necə izah edə bilərəm? Hakimlər sağ olsunlar. Bu, tam bir fəlakətdir. Fiti çalmazdan əvvəl epizodun bitməsini gözləmək lazımdır, qayda budur. Yan xətt hakimi bir səhv etdi və bu kifayət etmədi, baş hakim də ikinci səhvi etdi. Bu, qayda pozuntusudur. Yan xətt hakimi bizdən üzr istəyib”. Tomas Tuxel hakimin üzrxahlığını qəbul edib-etməyəcəyi ilə bağlı belə deyib: “Bu mövqedə ofsayd bayrağını qaldıracaq qədər "cəsarətli" olmaq böyük səhvdir. Bunu üzrxahlıqla kompensasiya etmək olmaz. Onlar "Real Madrid"ə qarşı belə bir qərar verə bilməzdilər. Çox çətindir. Əlbəttə, üzrxahlığı qəbul edirik, lakin bu, yarımfinaldır; İki ifrat qayda pozuntusuna görə üzr istəməyin vaxtı deyil. Hər bir oyunçu limitlərini aşmalı, hamı əziyyət çəkməli, hər kəs səhvsiz oynamalıdır. Hakimlər də bu səviyyədə eyni şeyi etməlidirlər. Sonradan üzr istəməyin faydası yoxdur. Buna görə də siz hakim kimi meydandasınız və orada ən yaxşısısınız və matç bitənə qədər bunu gözləyirik. Əgər siz bunu çatdıra bilmirsinizsə, onda üzr istəmək indi kömək etməyəcək, amma idmançılar olaraq üzrxahlığı qəbul edirik. Sadəcə üzr istəmək kifayət deyil”. Mənbə: Fabrizio Romano Matçın son anlarında yaranan mübahisəli vəziyyət. VİDEO https://t.me/doxsanplus/81889 Bu da Xoselunun 2-ci qolunun VAR görüntüsü. FOTO