“Trabzonspor” qapıçısına qovuşdu: Andre Onana Trabzonda
“Trabzonspor” “Mançester Yunayted” klubunun kamerunlu qapıçısı Andre Onana ilə razılıq əldə edib. Bordo-mavili klubun yeni transferi müqavilə imzalamaq üçün artıq Trabzona gəlib.
90plus.az xəbər verir ki, “Qalatasaray”a keçən Uğurcan Çakırın gedişindən sonra qapıçı axtarışlarına başlayan “Trabzonspor” axtardığı adı “Mançester Yunayted”də tapıb. Kamerun millisinin üzvü olan Andre Onana 1 illik icarə əsasında “Trabzonspor”un heyətinə qatılır.
Tərəflər arasında razılıq əldə olunub və Onana ailəsi və menecerləri ilə birlikdə İngiltərədən yola çıxıb. Ulduz futbolçunu daşıyan təyyarə saat 17:55-də Trabzon hava limanına enib.
© Copyright 2026, All Rights Reserved