Türk futbolçu yeni klubunda ilk qolunu vurdu
"Brayton" "Vulverhempton"u Liqa kubokunda məğlub edib növbəti mərhələyə vəsiqə qazandı.
90plus.az xəbər verir ki, "The American Express" stadionunda keçirilən oyunda ev sahibi komanda 3-2 qalib gələrək mərhələ keçdi.
"Brayton"a mərhələni gətirən qolları 14-cü dəqiqədə Karlos Baleba, 31-ci dəqiqədə Simon Adinqra və 85-ci dəqiqədə Ferdi Kadıoğlu vurdu. "Vulverhempton"un qolları isə 44-cü dəqiqədə Gonçalo Guedes və 90+1-ci dəqiqədə Thomas Doyle tərəfindən gəlsə də, bəs etmədi.
FERDİ KADIOĞLU 82-Cİ DƏQİQƏDƏ DAXİL OLDU, 85-Cİ DƏQİQƏDƏ QOL VURDU
"Brayton"un "Fənərbağça"dan 30 milyon avro transfer qiyməti ilə transfer etdiyi Ferdi Kadıoğlu qarşılaşmaya ehtiyat oyunçular skamyasında başladı. Ferdi, 82-ci dəqiqədə Yankuba Mintehin yerinə oyuna daxil oldu və 3 dəqiqə sonra "Vulverhempton"un qapısına yol tapdı. Türk futbolçu yeni komandasında ikinci rəsmi oyununda ilk qolunu vurmuş oldu.
© Copyright 2026, All Rights Reserved