Türkiyədə baş məşqçi matç zamanı vəfat edib
"Adanaspor"un baş məşqçisi Sol Bamba, 39 yaşında həyatını itirib.
90plus.az xəbər verir ki, 2021-ci ildə limfoma xərçənginə tutulmuş Sol Bamba'nın 2024-cü ildə xərçəngi tamamilə məğlub etdiyi, amma xəstəliyinin qısa müddət əvvəl yenidən baş qaldırdığı məlum olub.
SOL BAMBA KİMDİR?
Souleymane Bamba 13 yanvar 1985-ci ildə Fransada doğulub. Fil Dişi Sahili milli futbolçusu və baş məşqçi olan Bamba, futbol karyerasına 14 yaşında Liqa 1 komandasından PSJ-də başlamışdır. Uğurlu performansı ilə dönəmin texniki direktoru Vahid Halilhocziç tərəfindən 2004-cü ildə A komandaya cəlb olunub. A komandada yalnız 2 matçda iştirak edən Bamba, Vahid Halilhocziç ilə mübahisəyə girərək "Dunfermline Athletic" komandasına transfer olub. Futbol karyerasını tamamladıqdan sonra 2023-cü ildə "Kardif Siti"də köməkçi məşqçi kimi fəaliyyət göstərib, daha sonra isə "Adanaspor"un sükanı arxasına keçib.
© Copyright 2026, All Rights Reserved