Türkiyədə daha bir məşqçi ayrılığı
Türkiyə Super Liqasında bu gün ikinci baş məşqçi istefası qeydə alınıb.
90plus.az xəbər verir ki, "Antalyaspor"un çalışdırıcısı Emre Belözoğlu vəzifəsindən ayrılıb. Bu barədə insayder Yağız Sabuncuoğlu xəbər yayıb.
45 yaşlı məşqçi istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Emre Belözoğlu bu ilin yanvarında "Antalyaspor"un baş məşqçi postuna gətirilmişdi. Komanda ölkə çempionatında 8 turdan sonra 10 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.
Qeyd: Bu gün Super Liqanın digər təmsilçisi "Kayserispor" da Markus Gidsolla ilə yollarını ayırıb.
© Copyright 2026, All Rights Reserved