Türkiyədə hakimi bıçaqla təhdid etdilər
90plus.az xəbər verir ki, bu axşam "Altay" ilə "Eskişəhərspor" arasında keçiriləcək qarşılaşma öncəsi qalmaqallı hadisə baş verib. Müsabiqənin 2-ci köməkçi hakimi Emre Kayanın bıçaqlı hücuma məruz qaldığı iddia olunur.
Əldə edilən məlumatlara görə, Emre Kaya İzmir şəhərində qaldığı otelin yaxınlığında naməlum şəxslə mübahisə edib və bu mübahisə bıçaqlı hücumla nəticələnib. Yaralanan hakim dərhal xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Mərkəzi Hakimlər Komitəsi (MHK) 3-cü Liqa 4-cü Qrupda bu axşam saat 19:00-da Alsancak Mustafa Dənizli Stadionunda keçiriləcək "Altay" – "Eskişəhərspor" matçında köməkçi hakim dəyişikliyinə qərar verib.
MHK-nin açıqlamasında bildirilir:
“Nesine 3-cü Liqa 4-cü Qrupda bu gün Alsancak Mustafa Dənizli Stadionunda saat 19:00-da keçiriləcək 'Altay' – 'eskişəhərspor' qarşılaşmasında 2-ci köməkçi hakim dəyişdirilmişdir. Emre Kaya-nın sağlamlıq problemi səbəbilə onun yerinə Alişan Küçükkoçak təyin edilmişdir.”
© Copyright 2026, All Rights Reserved