Türkiyədə qumar skandalı davam edir - 600 futbolçu bu dəfə....
Türkiyədə təxminən 600 futbolçu, matçlara qanunsuz mərc qoyuluşları ilə bağlı istintaq çərçivəsində dindirilməyə çağırılacaq.
90plus.az xəbər verir ki, bu barədə “Türkiye” nəşri məlumat yayıb. Xəbərə görə, noyabrın əvvəlində Türkiyə Futbol Federasiyasının (TFF) intizam komitəsi bukmeker kontorlarında hesabları aşkarlanan 149 hakimi vəzifəsindən uzaqlaşdırıb. Məlum olub ki, həmin hakimlərdən 42-si oyunlara minə yaxın mərc qoyuluşu edib. Hazırda məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılır və futbolçular da istintaqa cəlb olunacaq.
© Copyright 2026, All Rights Reserved