Türklər yeni klublarında ilk matçlarına çıxdılar
Türkiyə millisinin üzvləri Kərəm Aktürkoğlu və Fərdi Kadıoğlu yeni klublarında ilk matçlarına çıxdılar.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 4-cü həftəsində türkiyəli futbolçu Fərdi Kadıoğlunun formasını geyindiyi "Brayton" öz meydanında "İpsviç Taun"u qəbul edib.
Fərdi Kadıoğlu oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 68-ci dəqiqədə Hinşelvudun yerinə oyuna daxil olub. Digər tərəfdən, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Kərəmin startı isə daha parlaq alınıb. O, "Benfika"nın heyətində 73 dəqiqə oynayıb və 1 qolla yadda qalıb. Kərəm komandadakı digər türk futbolçu Orkunun ötürməsini qola çevirib.
© Copyright 2026, All Rights Reserved