Uğurcan Çakır bahalaşdı
Qalatasaray” Uğurcan Çakır üçün “Trabzonspor”a 3 milyon avro ödəyib.
90plus.az xəbər verir ki, “Qalatasaray” qapıçısı Uğurcan Çakırın transferində nəzərdə tutulan bonuslardan biri işə düşüb.
Türkiyəli qolkiperin avrokuboklarda ilk oyununa çıxması səbəbilə “sarı-qırmızılılar” keçmiş klubu “Trabzonspor”a əlavə 3 milyon avro ödəyib.
Bununla da, Uğurcan Çakır, bonusların da hesablanması ilə birlikdə türk futbolçular arasında ən bahalı 2-ci oyunçu mövqeyinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved