"Yeni bir ulduz doğur" Şevçenko
Dünya futbolunda ən önəmli hücumçulardan biri olan Andrey Şevçenko Arda Gülər barədə danışıb.
90plus.az xəbər verir ki, hücumçu Montellanın çox yaxşı iş çıxardığını dilə gətirib.
O, Türkiyə Milli Komandasının çox uğurlu olduğunu da bildirib.
"Montella komandanı kritik anda götürdü və düşünürəm ki, o, qısa müddətdə yaxşı iş gördü" - deyə Şevçenko əlavə edib.
Komandada dəyərli oyunçuların olduğunu qeyd edən dünyaca məşhur hücumçu Arda Güləri xüsusi vurğulayıb:
"Dəyərli oyunçular var. Onlardan biri də gənc, lakin böyük istedadı olan Arda Gülərdir. Onun hər kəsi valeh edən oyun tərzi və texnikası var. Yeni bir ulduzun doğulduğunu deyə bilərik"
© Copyright 2026, All Rights Reserved