Yeni TFF prezidenti: "Köhnə dəftərləri bağladıq“
Türkiyə Futbol Federasiyasının yeni prezidenti İbrahim Hacıosmanoğlu seçildi.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının bu gün keçirdiyi prezident seçkilərində İbrahim Hacıosmanoğlu sabiq prezident Mehmet Büyükekşini 5 səs fərqlə qabaqlayıb:
İbrahim Hacıosmanoğlu: 134
Mehmet Büyükekşi: 129
Qeyd: 2012➖2015-ci illərdə "Trabzonspor"un prezidenti olan İbrahim Hacıosmanoğlu seçildikdən sonra açıqlamalar verib:
"Köhnə dəftərləri bağladıq, formalarımızı çıxartdıq. Türk futbolunu bərabər və ədalətli şəkildə idarə edəcəyik”.
© Copyright 2026, All Rights Reserved