Yusef En-Nesiri: Türkiyənin ən bahalı transferi
"Fənərbağça” klubu “Sevilya” klubundan 19.5 milyon avroya Yusef En-Nesiri transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, bu məbləğ 4 il ərzində 8 hissəyə bölünərək ödəniləcək.
27 yaşlı hücumçu ilə 2029-un iyununa kimi 5 illik müqavilə imzalanıb. Yusef 19 nömrəli formanı geyinəcək.
Qeyd: Yusef En-Nesiri 19,5 milyon avroluq transfer qiyməti ilə türk komandalarının indiyə qədər etdiyi ən bahalı transfer oldu.
© Copyright 2026, All Rights Reserved